Bu gündən ölkədaxili qatarlarda pulsuz “Wi-Fi” xidməti test edilir
Bu gündən başlayaraq “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkədaxili qatarlarda test rejimində pulsuz “Wi-Fi” xidmətini tətbiq edir.
ADY-dən verilən məlumata görə, pilot layihə çərçivəsində ilkin olaraq Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarların birində bu xidmət istifadəyə veriləcək.
Mərhələli şəkildə “Wi-Fi” bağlantısı ölkədaxili istiqamətlərdə xidmət göstərən digər qatarlarda da aktivləşdiriləcək, yazışmalar və onlayn axtarış üçün rahat internet bağlantısı təqdim ediləcək.
Sərnişindaşıma xidmətinin keyfiyyətini innovativ həllərlə yüksəldən ADY, həmçinin stansiya və vağzallarda mövcud olan “Wi-Fi” zonalarında internet bağlantısının keyfiyyətini yaxşılaşdırıb.
Kəsintisiz internetdən istifadə üçün cihazları “ADY Free” şəbəkəsindən ayırıb yenidən qoşmaq kifayət edir.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...