23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Boztəpə kanalının yenidən qurulmasının I mərhələsi yekunlaşıb

09-10-2024
IMG

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bərpasına 2022-ci ildə başladığı Boztəpə suvarma kanalının yenidən qurulmasının I mərhələsini yekunlaşdırıb.

Fhnews.az agentliyə istinadən xəbər verir ki, mənbəyini Araz çayından götürən, 42,4 km uzunluğunda kanalın yenidən qurulması nəticəsində İmişli rayonunda 8 884 ha, Beyləqan rayonunda isə 891 ha olmaqla, ümumilikdə 9775 ha torpaq sahəsi suvarma suyu ilə təmin olunması yaxşılaşıb.

Kanalda tikinti işləri başa çatıb, SCADA sistemlərinin inteqrasiyası üçün isə işlər davam etməkdədir.

Boztəpə suvarma kanalının su buraxma qabiliyyəti 8,6 kub m/san, uzunluğu isə 42,4 km-dir. Suvarma kanalı üzərində sudü­şürən, suburaxan, supaylayıcı, borulu keçid və səviyyəqaldıran olmaqla ümumilikdə 186 hidrotexniki qurğu var.

Paylaş: