23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Birinci yarımildə SİF 100 milyon manatdan çox güzəştli kredit verib

31-07-2024
IMG

Cari ilin ilk altı ayı ərzində sahibkarların 2744 layihəsinə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 102,7 milyon manat güzəştli kredit verilib.

Fhnews.az fonda istinadla xəbər verir ki, bu dövr ərzində SİF-in güzəştli kreditlərindən 225 qadın sahibkar yararlanıb və onların layihələrinə ümumilikdə 6,7 milyon manat güzəştli kredit verilib.

Bununla yanaşı, sözügedən dövr ərzində 82 gənc sahibkar təqdim etdikləri layihələr üzrə ümumilikdə 3 milyon manat güzəştli kredit əldə edib.

Paylaş: