Bioloji parçalana bilən materialların faydası nədir?
Qida sənayesində geniş istifadə olunan qablaşdırma materiallarından biri də plastik qablaşdırmadır. Dünyada hər il 250 milyon tondan çox istehsal edilən polistirol, polipropilen, polietilen, polimetilmetakrilat və polivinilxlorid kimi neft əsaslı sintetik plastiklər gündəlik həyatımızın bütün sahələrində geniş istifadə olunur. Belə neft əsaslı sintetik qablaşdırma materiallarının çürüməsi isə əsrlər ərzində baş verir. Nəticədə təbiətdə uzun müddət parçalana bilmədiyi üçün ətraf mühitin çirklənməsinə və digər zəhərli təsirlərə səbəb olur. Bu materiallardan yaranan tullantıların artması ekoloji problemlərə gətirib çıxarır.
Fhnews.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, artan ekoloji problemlərin qarşısını almaq üçün sintetik qablaşdırma materiallarına alternativ olaraq bioloji parçalana bilən qida qablaşdırma materiallarının istifadəsini artırmaq məqsədəuyğundur. Plastik qablaşdırma ilə müqayisədə bioloji parçalana bilən qablaşdırma materialları faydalı ömrünü tamamladıqdan sonra parçalanmaqla ətraf mühitin çirklənməsinin qarşısını alır və özündən zərərli maddələr buraxmır. Çünki bu materialların istehsalında təbii ehtiyatlardan istifadə edilir. Bioloji parçalana bilən materiallara nişasta, sellüloza törəmələri, polihidroksialkonatlar, polilaktik turşu, poli-β-hidroksibutirat, polikaprolakton, polivinil spirti və xitosan kimi maddələr daxildir. Bioloji parçalana bilən materiallar müxtəlif mənbələrdən əldə edilə bilir və əsasən bioplastiklər, sellüloz, kağız və karton, dəniz yosunu və göbələk kimi növləri var.
Bioloji materiallardan hazırlanmış qablaşdırma materialları E.coli, listeria və göbələkləri məhv etməklə qida məhsullarını daha uzun müddət təzə saxlamaq xüsusiyyətinə malikdir. Ənənəvi plastik qablaşdırma materialları ilə müqayisədə bioloji parçalana bilən materialların parçalanaraq ətraf mühitə və qida məhsullarına zərərli kimyəvi maddələr yaymaq ehtimalı yoxdur.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...