23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

Beynəlxalq multi-idman turnirində iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub
 

12-06-2024
IMG

Rusiyanın Kazan şəhərində bu gün start götürən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman turnirində iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub.

Fhnews.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından  verilən məlumata görə, milli komanda yarışda 24 idmançı ilə təmsil olunacaq.

İyunun 17-18-də sərbəst güləşçilər çıxış edəcəklər. Mahir Məmmədzadə (57 kiloqram), Ceyhun Allahverdiyev (61 kiloqram), Murad Haqverdiyev (65 kiloqram), Maqomed-Başir Xaniyev (70 kiloqram), Cəbrayıl Qadjiyev (74 kiloqram), Orxan Abasov (79 kiloqram), Səbuhi Əmiraslanov (86 kiloqram), Şamil Zubairov (92 kiloqram), Qadjimurad Maqomedsaidov (97 kiloqram) və Ayxan Mərdanov (125 kiloqram) uğur qazanmağa çalışacaqlar.

Ayın 18-19-da Yasəmən Məcidli (50 kiloqram), Elnurə Məmmədova (53 kiloqram), Gültəkin Şirinova (55 kiloqram) və Mərziyə Sadıqova (72 kiloqram) qadın güləşi üzrə yarışda gücünü sınayacaqlar.

İyunun 19-20-də isə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Yığmanın heyətində Fərid Sadıxlı (55 kiloqram), Vədat Qasımlı (60 kiloqram), Ziya Babaşov (63 kiloqram), Təvəkgül Həziyev (67 kiloqram), Urfan Həsənli (72 kiloqram), Kənan Abdullazadə (77 kiloqram), Tuncay Vəzirzadə (82 kiloqram), Məhəmməd Əhmədiyev (87 kiloqram), Arif Niftullayev (97 kiloqram) və Sərxan Məmmədov (130 kiloqram) yer alıblar.

Turnirdə II dərəcəli beynəlxalq hakim Əli Babayev ədaləti qoruyacaq.

Qeyd edək ki, "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman turniri iyunun 24-dək davam edəcək.

Paylaş: