Bakının Mikayıl Müşfiq küçəsində hərəkət tam məhdudlaşdırılacaq
Sabah saat 07:00-dan iyulun 7-si saat 22:00-a qədər Bakının Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən Mətbuat prospektinə qədər) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Fhnews.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur",-deyə məlumatda qeyd edilib.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...