Bakıda tunellər və tuneldaxili yol elementləri təmizlənir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt ərazisində yağıntılar və intensiv hərəkət nəticəsində palçıq və toz basmış avtomobil tunellərinin təmizlənməsi işləri aparılır.
Agentlikdən verilən məlumata görə, hazırda bu çərçivədə təmizlik işləri Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində yerləşən avtomobil tunelində (“Şamaxinka tuneli”) aparılır.
Sözügedən işlər zamanı tunellərin giriş-çıxışları, məhəccərlər, yan divarları, tuneldaxili yol nişanları, işıq əksetdiricilər, əyrixətli dəmir tirlər və bordür hissələri xüsusi təyinatlı maşınlar vasitəsilə təzyiqli su verilərək yuyulur.
Sürücülərdən iş aparılan ərazilərdə diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...