Bakıda müntəzəm marşrutlar üçün dayanacaqlara məlumat lövhələrinin yerləşdirilməsinə başlanılıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Bakıda müntəzəm marşrutlar üçün dayanacaqlara məlumat lövhələrinin yerləşdirilməsinə başlayıb.
Fhnews.az bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, bu lövhələrdə dayanacağın yerləşdiyi ərazi, oradan keçən marşrutların istiqaməti və ödənişlərin rahat şəkildə həyata keçirilməsi üçün QR kod da təqdim olunub.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...