Bakıda Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu keçirilib
Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası və SOCAR Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə Bakıda “Yaşıl iqtisadiyyat şəraitində hesabatlıq və şəffaflıq” mövzusunda Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu keçirilib.
Fhnews.az xəbər verir ki, forumda Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının sədri Nuriyyə Novruzova açılış nitqi ilə çıxış edib. Bildirib ki, dünyada ətraf mühitin çirklənməsi, təbii ehtiyatların azalması fonunda dayanıqlıq inkişafa nail olmaq üçün yaşıl iqtisadiyyata töhfə istiqamətində tədbirlər davam edir.
“Bugünkü forum çərçivəsində xarici ölkələrin mühasibat və audit sahəsində fəaliyyət göstərən qurumlarla bağlanacaq əməkdaşlıq memorandumları gələcəkdə əlaqələrin davam etdirilməsi üçün zəmin yaradacaq”, - deyə Nuriyyə Novruzova vurğulayıb.
SOCAR Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, bugünkü tədbirin Bakı Ali Neft Məktəbində (BANM) keçirilməsi də səbəbsiz deyil.
“Bu gün ölkəmizdə mühəndis ixtisaslarına böyük maraq var. Bu, ölkə iqtisadiyyatı üçün önəmlidir. Tələbələr əsasən bu ixtisasa üstünlük verirlər. Müəssisələrdə yüksək ixtisaslı maliyyəçilərə, peşəkar, şəffaf mühasiblərə böyük ehtiyac var. Hazırda bütün dünyada ətraf mühitin çirklənməsi, təbii ehtiyatların azalması və eyni zamanda onlara artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün yaşıl iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır”, - deyə BANM rektoru bildirib.
Maliyyə nazirinin müavini Azər Bayramov deyib ki, yaşıl iqtisadiyyata keçid həm də təbii ehtiyatlardan daha səmərəli istifadəni və ətraf mühitə dəyən zərərin azaldılmasını tələb edir.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...