Bakıda MDB ölkələrinin Hökümətlərarası Feldyeger Rabitəsinin Koordinasiya Şurasının 38-ci iclası keçirilib
Bakıda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin sədrliyi ilə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Hökümətlərarası Feldyeger Rabitəsinin Koordinasiya Şurasının 38-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda MDB üzv dövlətlərinin feldyeger rabitəsi xidmətləri üzrə nümayəndə heyətləri iştirak edib.
Tədbir iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib, məzarları önünə əklil və gül dəstələri qoyublar.
Tədbirdə açılış nitqi ilə çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev xidmət adından iclas iştirakçılarını salamlayıb, iclasın gedişatına uğurlar arzu edib.
İclasda Koordinasiya Şurasının iştirakçı dövlətlərin başçıları, hökumət və mərkəzi icra hakimiyyəti orqanları arasında rəsmi yazışmaların (korrespondensiyaların) operativ və təhlükəsiz şəkildə çatdırılması məsələlərinin tənzimlənməsi barədə müzakirələr aparılıb.
İclasın yekunlarına dair protokol imzalanıb.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...