23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Bakıda ictimai nəqliyyatın əlçatan olması üçün növbəti addımlar atılıb

07-10-2024
IMG

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda ictimai nəqliyyatın əlçatan olması üçün növbəti addımları atıb.

Fhnews.az agentliyə istinadən xəbər verir ki, Mərdəkən qəsəbəsindən Buzovna qəsəbəsinin Zuğulba yoluna fəaliyyət göstərən 144 nömrəli avtobusun hərəkət marşrutu Nardaran qəsəbəsinin Ləhic bağlarına qədər uzadılıb.

Yeni Ramana yaşayış sahəsini “Koroğlu” metrostansiyası və “8-ci km bazarı” ilə əlaqələndirən 214 nömrəli marşrut üzrə sərnişin tələbatı nəzərə alınaraq avtobus sayı 24-ə çatdırılıb. Nəticədə avtobusların hərəkət intervalı azalıb.

Paylaş: