Bakıda güllə atıcılığı üzrə Azərbaycan çempionatı keçirilib
Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində ölkə çempionatı keçirilib.
Fhnews.az xəbər verir ki, Azərbaycanın müxtəlif regionlarından olan 70-dən çox idmançı güllə atıcılığının pnevmatik tüfəngdən atəş, kiçik çaplı tapançadan 25 m məsafəyə atəş və pnevmatik tapançadan 10 m məsafəyə atəş yarışlarında mübarizə aparıblar.
Yarışlar üzrə qalib gələn və ikinci, üçüncü yerə sahib çıxan güllə atıcılarının siyahısını təqdim edirik:
10 m - Pnevmatik tapançadan atəş üzrə kişilər arasında yarış
1. Vladislav Kalmıkov
2. Elvin Astanov
3. Musayev Hacı
10 m - Pnevmatik tapançadan atəş üzrə qadınlar arasında yarış
1. Zeynəb Sultanova
2. Nigar Nəsirova
3. Xanna Əliyeva
10 m - Pnevmatik tüfəngdən atəş üzrə kişilər arasında yarışın qalibləri:
1. Üzeyr Tapdıqlı
2. Ramiz Xəlilov
Pnevmatik tüfəngdən atəş üzrə qadınlar arasında yarışın qalibləri:
1. Nigar Ramazanova
2. Jalə Bayramova
3. Aynur Mahmudova
10 m - Pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışı:
1. Nigar Nəsirova / Ruslan Lunev
2. Xanna Əliyeva / Hacı Musayev
3. Zeynəb Sultanova / Ənvər Mahmudov
10 m - Pnevmatik tüfəngdən atəş üzrə qarışıq komanda yarışı:
1. Jalə Bayramova / ÜzeyirTapdıqlı
2. Nigar Ramazanova / Ramiz Xəlilov
3. Aynur Mahmudova / Hüseyn Əliməmmədov
25 m - Kiçik Çaplı tapançadan atəş üzrə qadınlar arasında yarışın qalibləri:
1. Xanna Əliyeva
2. Həqiqət Atayeva
Qeyd edək ki, final yarışlarından sonra çempionatda qalib gələn idmançılar medal və diplomlarla təltif olunublar.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...