Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışının qalibi bəlli olub
Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışı başa çatıb.
Fhnews.az xəbər verir ki, yarışda hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparıb. Ən yaxşı nəticəni “Trident”dən Riçard Versxor göstərib.
“ART Qrand Priks”in fransalı sürücüsü Viktor Martın ikinci, “Rasinq Prema”dan italiyalı Kremi Antonelli üçüncü olub.
Sentyabrın 13-də keçirilmiş birinci sərbəst yürüşdə “Van Amersfoort” komandasının braziliyalı pilotu Enzo Fittipaldi, sıralama turunda isə “Trident”də çıxış edən niderlandlı sürücü Rixard Versxor finişə hamıdan tez çatmışdı.
Ötən gün təşkil olunmuş sprint yarışında isə ən yaxşı nəticəni "PHM AIX Racing" komandasının paraqvaylı pilotu Yosua Dürksen göstərmişdi.
Bu gün, həmçinin saat 15:00-da Formula 1-də əsas yarış başlayacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...