Bakıda daha bir marşrut üzrə hərəkət edən avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək
Dekabrın 24-dən 108A nömrəli müntəzəm marşrut üzrə sərnişindaşıma müasir tələblərə cavab verən avtobuslarla həyata keçiriləcək.
Fhnews.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, “Azadlıq prospekti” metrostansiyası - Fatmayı bağları marşrutu üzrə hərəkət edən avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək.
Belə ki, vətəndaşlara keyfiyyətli, rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi, bu sahədə qanunvericiliyin tələblərinin qorunması məqsədilə 108A nömrəli avtobus marşrutu müsabiqəyə təqdim edilib. Keçirilən müsabiqədə "Bakubus" MMC qalib elan edilib və xəttin istismarı həmin daşıyıcıya həvalə olunub.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...