23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Bakıda blokçeyn və paylanmış reyestr texnologiyasına həsr olunmuş tədbir keçiriləcək

08-08-2024
IMG

Sentyabrın 10-dan 11-dək Bakıda İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və “FARI Solutions”un təşkilatçılığı ilə “Chain Reaction 2024” tədbiri keçiriləcək.

Fhnews.az 4SİM-nin məlumatına istinadla xəbər verir ki, blokçeyn və paylanmış reyestr texnologiyası (DLT), kvant informasiya sistemi, Veb3, 4-cü sənaye inqilabı texnologiyaları, süni intellekt və rəqəmsal aktivlər kimi inkişaf etməkdə olan texnologiyalara yönəlmiş 2 günlük tədbirdə 60-dan çox yerli və beynəlxalq spikerin qatılması gözlənilir. İki gün ərzində panellər, vörkşoplar və təqdimatlar da daxil olmaqla 30-dan çox müxtəlif sessiyalar təşkil olunacaq.

Paylaş: