Bakıda bir neçə dayanacaq pavilyonu istifadəyə verilib
Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi işləri davam etdirilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu çərçivədə Məhəmməd Hadi küçəsi, Şəfayət Mehdiyev küçəsi, Həsən bəy Zərdabi küçəsi, Heydər Əliyev prospekti (Ağa Nemətulla küçəsi ilə kəsişmə), Akim Abbasov küçəsi və Məhəmməd Xiyabani küçəsində dayanacaq məntəqələri təmir edilib.
Eyni zamanda Əhməd Rəcəbli küçəsində yeni dayanacaq pavilyonu quraşdırılaraq sərnişinlərin istifadəsinə verilib.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...