23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Bakıda beynəlxalq logistika konfransı və sərgi keçiriləcək

05-08-2024
IMG

Sentyabrın 17-19-da Bakıda ikigünlük formatda “Qara Dəniz-Xəzər Logistika Forumu 2024: dəhlizlər, yüklər, infrastruktur” adlı beynəlxalq konfrans və sərgi keçiriləcək.

Fhnews.az tədbirin təşkilatçılarının saytına istinadla xəbər verir ki, tədbirdə 20-dən çox ölkədən, o cümlədən Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Gürcüstan, Rumıniya, Almaniya, Belçika, Avstriya, Polşa, Litva, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə, İngiltərə, Slovakiya və digər ölkələrdən 140-dan çox şirkətin iştirakı gözlənilir.

“RDL Group”un məlumatına görə, bu, Qara və Xəzər dənizlərinin logistika bazarının ekspertləri üçün platformadır.

Konfransın əsas məsələləri aşağıdakılardır:

∙ Transxəzər beynəlxalq nəqliyyat marşrutunun (Middle Corridor) inkişafı üçün yeni imkanlar;

∙ Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizləri üçün tranzit platforma kimi potensialı;

∙ Nəqliyyat marşrutunun həyati vacib hissəsi kimi Qazaxıstan və Gürcüstan vasitəsilə tranzit;

∙ Ukraynadakı cari vəziyyətin beynəlxalq nəqliyyat marşrutlarına təsiri;

∙ Türkiyənin logistika infrastrukturunun inkişafı;

∙ Müasir reallıqlarda Qazaxıstan, Ukraynadan taxıl və yağlı bitkilərin ixracı;

∙ Gübrələrin idxalı: əsas təchizatçılar və marşrutlar;

∙ Konteynerləşdirilmə yük axınının artımı amili kimi;

∙ Regionda dəniz limanları və terminallarının inkişafı. Tutumların yeni yüklərə uyğunlaşdırılması;

∙ Hüquqi məsələlərdə yeni tendensiyalar. Risklərin sığortalanması.

Paylaş: