Bakıda Bəhreyn rəssamlarının geniş sərgisi təşkil olunacaq
Bəhreyndə fəaliyyət göstərən RAK İncəsənət Fondunun rəssamlarının əsərləri avqustun 30-da Bakıda sərgilənəcək.
Fhnews.az bu barədə “Azərxalça” ASC-yə istinadən xəbər verir.
Fondun təsisçisi görkəmli bəhreynli rəssam və kolleksiyaçı Raşid Al Xəlifədir. O, bildirib ki, ölkəsinin rəssamlarının istedadını Azərbaycandakı sənətsevərlərlə bölüşmək fürsətinə görə xeyli məmnundur: "Belə səmərəli əməkdaşlıq şübhəsiz ki, Azərbaycan və Bəhreyn arasında ümumbəşəri sənət dili vasitəsilə qarşılıqlı anlaşma və dəyərləndirməyə vasitə olmaqla, uğurlu mədəni mübadilələr silsiləsinin başlanğıcıdır. RAK İncəsənət Fondu beynəlxalq tərəfdaşlıq və anlaşmanı təşviq edir. Bu fond mədəniyyətlərarası əməkdaşlıq və mübadilələri asanlaşdırmaq məqsədi ilə Bəhreyn sənətini qlobal miqyasda təbliğ etməyə sadiqdir. O, incəsənət vasitəsilə innovasiya, davamlılıq və müsbət dəyişikliyi müdafiə edərək tənqidi müzakirələrə və sosial dialoqa töhfə vermək qətiyyətindədir”.
Qeyri-kommersiya təşkilatı olan RAK İncəsənət Fondu rəssamların dünya miqyasındakı rolunu gücləndirir və müxtəlif sərgilər, tədbirlər və əməkdaşlıq təşəbbüsləri vasitəsilə beynəlxalq tərəfdaşlıqlara töhfə verir. Fondun fəaliyyətinin məqsədi incəsənət təmsilçilərini bir araya gətirmək, ictimaiyyəti maarifləndirmək, tənqidi mühakimə yürütmək və sosial dialoq üçün platforma təmin etməkdir.
Bundan əvvəl Heydər Əliyev Mərkəzində R.Al Xəlifənin sərgiləri keçirilib.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...