23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Bakıda Azərbaycan və Çinin hərbi təhsil üzrə ekspertlərinin görüşü keçirilib

23-07-2024
IMG

Milli Müdafiə Universitetində Azərbaycanda səfərdə olan Çin Xalq Azadlıq Ordusunun Hərbi Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş keçirilib, Azərbaycan Ordusunun hərbi qulluqçuları üçün Çin dilinin tədrisi məsələləri müzakirə edilib.

Fhnews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qonaqlara Milli Müdafiə Universitetinin tarixi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub. Görüş zamanı Azərbaycan və Çin arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Azərbaycan Ordusunun hərbi qulluqçularının Çin Xalq Respublikasında təşkil olunan kurslarda müvəffəqiyyətlə iştirakı yüksək qiymətləndirilib. Qarşılıqlı əlaqələrin inkişafı və təcrübə mübadiləsi məqsədilə bu cür görüşlərin keçirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Çin Xalq Azadlıq Ordusunun nümayəndə heyətinin rəhbəri universitetin Şərəf kitabına ürək sözlərini yazıb. Səfər çərçivəsində qonaqlar, həmçinin Hərbi İdarəetmə İnstitutunun Xarici Dil Mərkəzində olub. Mərkəzlə tanışlıqdan sonra tədris prosesində müasir texnologiyaların tətbiqi imkanları və Azərbaycan Ordusunun hərbi qulluqçuları üçün Çin dilinin tədrisi məsələləri müzakirə edilib.

Paylaş: