Bakıda avtobus zolağına vaxt məhdudiyyəti tətbiq olunub
Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində təşkil edilən avtobus zolağına bu gündən vaxt məhdudiyyəti tətbiq olunub.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, küçədə avtobus zolağının saat 07:00-21:00 aralığında qüvvədə olma vaxtını göstərən yol nişanı quraşdırılıb. Beləliklə, A.M.Şərifzadə küçəsində digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir.
Avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 bal müəyyən edilib.
İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırırıq.
Qeyd edək ki, A.M.Şərifzadə küçəsində 13 müntəzəm marşrut xətti üzrə 200-ə yaxın avtobus fəaliyyət göstərir. Həmin marşrut avtobusları ilə gün ərzində 155000-dən çox sərnişin daşınır.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...