Bakıda 64 minə yaxın mülkiyyətin dövlət qeydiyyatı aparılıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin yanvar-avqust ayları ərzində daşınmaz əmlak üzərində 239 min 314 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Fhnews.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, bu göstəricinin 39 min 148-i (16,3 faiz) ilkin, 200 min 166-sı isə (83,7 faiz) isə təkrar qeydiyyatın payına düşür.
Bu ilin 8 ayında fərdi yaşayış və bağ evi üzərində - 39 min 536, mənzil üzərində - 55 min 172, torpaq sahəsi – 136 min 179, qeyri-yaşayış binası – 2229, qeyri-yaşayış sahəsi – 5636, əmlak kompleksi – 526, çoxmərtəbəli yaşayış binası üzərində isə 36 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 63 min 933-ü Bakının, digər hissəsi isə bölgələrin payına düşür.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...