Bakı metrosunda QR biletlə ödəniş etmiş sərnişinlərin sayı iyulda rekord həddə olub
Bu ilin I yarısında Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 1 milyon 884 min 845 sərnişin təşkil etmişdisə, təkcə iyulda bu ödəmə üsuluna 1 milyon 260 min 699 sərnişin müraciət edib.
Fhnews.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Əgər iyun ayında əldə olunmuş rekord göstərici bütün daşınmış ödənişli sərnişinlərin 4,2%-i idisə, artıq iyulda bu rəqəm 7,7 %-ə çatıb. QR biletdən ən çox istifadə olunmuş iyun ayı ilə müqayisədə isə iyulda artım 69,2 % təşkil edib.
Bu ödəniş üsulu ilə metropolitenə daxil olanların orta statistik gündəlik sayı da iki dəfəyə yaxın artıb. İyun ayında orta statistik hesabla bir gün ərzində 24 min 838 sərnişin QR biletlə metroya daxil olmuşdusa, iyulda bu rəqəm 40 min 668 olub. İyulun QR biletlə rekord daşıma göstəricisi ayın 30-da qeydə alınıb – 49 min 394 (iyunda rekord rəqəm ayın 28-də qeydə alınmışdı - 38 min 890).
Stansiyalar üzrə statistik məlumatlarda ilk dəfə aylıq göstərici 100 min həddini aşıb (əvvəlki göstərici iyun ayında qeydə alınaraq, 70 min 36 sərnişin təşkil edib). Aylar üzrə liderliyini qoruyan “28 May” stansiyasına 109 min 180 sərnişin QR biletlə daxil olub. Digər stansiyalar arasında “Koroğlu” özündən əvvəldə olan iki stansiyanı keçərək. ikinci pillədə qərarlaşıb – 99 min 638. “Gənclik” (93 min 83), “Nərimanov” (90 min 479) və “20 Yanvar” (89 min 105) QR bilet üzrə metropolitenin ilk beşliyində olan stansiyalardır.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...