Bakı metrosunda qatarların hərəkəti ləngiyib
Metronun “28 May” - “Nizami” stansiyalarının tunel yolunda qatar maşinisti tüstüləmə müəyyən edib və dərhal dispetçerə məlumat verib.
Fhnews.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Bəxtiyar Məmmədov bildirib ki, Bakı metrosunda normativ tələblərə əməl olunaraq dərhal yüksək gərginlikli xətt çıxarılıb.
“Daha sonra FHN-nin yanğınsöndürmə qrupu dəvət edilib. Metronun “Nizami” stansiyası sərnişinlərin girişinə bağlanıb. Tüstüləmənin mənbəyi dərhal müəyyən edilib. İşıqlandırma kabelində tüstüləmənin qarşısı alınıb. 25 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub. “Nizami” stansiyasında sərnişinlərin buraxılışı təmin edilib. Qatarların hərəkəti intervalı tənzimlənir”, - deyə B.Məmmədov əlavə edib.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...