23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Bakı hava limanının ziyarətçiləri qısamüddətli parklanmaya üstünlük verirlər

06-03-2024

Bu ilin ilk 2 ayında Heydər Əliyev Beynəlxalq Aeroportunda 575 minə yaxın ziyarətçi parkinq xidmətindən istifadə edib.

Fhnews.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən verilən məlumata görə, istifadəçilərin 94,2 faizi avtomobillərini qısamüddətli - 2 saata qədər park edib, onların 46 faizi gəliş-gediş prosesini sürətləndirmək məqsədilə 15 dəqiqəlik rahat giriş/çıxış imkanından istifadə edib.

Ümumi istifadəçilərin yalnız 0,39 faizi uzunmüddətli - 12 saatdan çox parkinqi seçib ki, bu da sürücülərin əksəriyyətinin qısamüddətli parklanmaya üstünlük verdiyini nümayiş etdirir.

Bunu nəzərə alaraq, Bakı aeroportuna daxil olarkən ilk 15 dəqiqə üçün parklanma ödənişi tələb olunmur. Bununla yanaşı, rahatlığı və səmərəliliyi təmin edən xüsusi düşürtmə/götürmə (drop off/pick up) zolaqları ziyarətçilərin ixtiyarındadır.

Xatırladaq ki, Bakı hava limanında parkinq haqqının ödənilməsi prosesinin sadələşdirilməsi məqsədilə yeni rahat üsullar tətbiq edilib. Sürücülər parklanma haqqını “AzParking”, “TezÖdə” və “Birbank” mobil tətbiqləri vasitəsilə onlayn ödəyə, həmçinin hava limanında terminallar vasitəsilə nağd və ya nağdsız ödənişdən istifadə edə bilərlər.

 

Paylaş: