Bakı hava limanı bir həftə ərzində 121 mindən çox sərnişinə xidmət göstərib
Martın 20-dən 27-dək Heydər Əliyev Beynəlxalq Aeroportu 121 mindən çox sərnişinə xidmət göstərərək əvvəlki ilin nəticələrini 32,5 faiz üstələyib. Ötən ilin eyni dövründə bu rəqəm 91,3 min sərnişin təşkil edib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən verilən məlumata görə, bayram günlərində hava limanının bütün xidmətləri gücləndirilmiş iş rejimində çalışaraq fasiləsiz iş rejimini təmin edib və aeroportun məsuliyyət zonasında hər hansı gecikmələrə yol verilməyib.
Ən sıx gün martın 24-də olub və 19 min 334 sərnişinə xidmət göstərilib. Həmin gün Heydər Əliyev Beynəlxalq Aeroportunda aviaşirkətlər tərəfindən 162 reys həyata keçirilib.
Hava limanından ən populyar istiqamətlər Naxçıvan, İstanbul, Dubay, Tbilisi, Əbu-Dabi, Moskva, Dehli, Sankt-Peterburq, Ankara və Aktau olub.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...