Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub
Tərtər Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub.
İki gün davam edən yarışlarda gimnastlar fərdi hərəkətlərdə balacalar (8 – 10 yaş), yeniyetmələr (11 – 13 yaş), gənclər (13 – 14 yaş) kateqoriyaları üzrə çıxış ediblər. Qrup hərəkətləri üzrə isə balacalar və yeniyetmələrin mübarizəsi baş tutub.
Ölkə birinciliyində 130 idmançı öz hazırlığını nümayiş etdirib.
Qaliblərə medal, diplom və hədiyyələr təqdim olunub.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...