AZS 216:2024 “İçməli təbii mineral sular. Ümumi texniki şərtlər” dövlət standartı yenidən işlənilib
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) tərəfindən AZS 216:2024 “İçməli təbii mineral sular. Ümumi texniki şərtlər” dövlət standartı layihəsi “Qida məhsullarının keyfiyyəti və texnologiyasının standartlaşdırması üzrə Texniki Komitə (AZSTAND/TK 33) tərəfindən yenidən işlənilib.
Fhnews.az xəbər verir ki, AZSTANDART-dan verilən məlumata görə, dövlət standartının yenidən işlənilməsinin əsas məqsədi insan həyatı və sağlamlığı üçün vacib əhəmiyyət daşıyan beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə, o cümlədən digər dövlətlərin müvafiq milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanaraq suya olan tələbatın təmin edilməsidir.
Qeyd edək ki, dövlət standartının yenidən işlənilməsi istiqamətində AZSTANDART və Naxçıvan Muxtar Respublikasında yerləşən içməli təbii mineral suların emalı sahəsində fəaliyyət göstərən “Sirab” və “Badamlı” müəssisələrinin nümayəndələri arasında görüş keçirilib.
Görüş zamanı hər iki müəssisənin verdiyi təkliflər dəyərləndirilərək standart layihəsində öz əksini tapıb.
Standart layihəsinin qüvvəyə minməsi mineral suların 18-dən yuxarı ölkəyə ixrac edilməsinə, o cümlədən istehlakçıların içməli təbii mineral sulara olan tələbatının tam ödənilməsinə zəmin yaradacaq.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...