Azərbaycanlı alpinist dünyanın doqquzuncu zirvəsini fəth edib
Azərbaycanlı alpinist İsrafil Aşurlı dünyanın doqquzuncu zirvəsini – Nanqa Parbatı (8125 metr) fəth edib.
Fhnews.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, idmançı Nanqa Parbata əlavə oksigendən istifadə etmədən qalxıb.
Dünyada hündürlüyü 8 min metrdən yuxarı olan 14 zirvə var və bu fəth Aşurlının yeddinci səkkizminlik zirvəsidir.
Qeyd edək ki, Nanqa Parbat Pakistan ərazisində yerləşən Qərbi Himalayın ən hündür zirvəsi hesab edilir.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...