23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

Azərbaycanlı alpinist dünyanın 13-cü zirvəsini fəth edib

31-07-2024
IMG

Azərbaycanlı alpinist İsrafil Aşurlı pis hava şəraitinə baxmayaraq, Qaşerburum II zirvəsini (8035 metr) uğurla fəth edib.

Fhnews.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, idmançı dağa qalxan zaman süni oksigen balonundan istifadə etməyib.

Karakorum dağ massivində yerləşən bu zirvə dünyanın 13-cü hündür zirvəsidir. Bu fəth İ.Aşurlının səkkizinci səkkizminlik zirvəsi olub.

O, daha əvvəl, iyulun 10-da Pakistan ərazisində yerləşən Qərbi Himalayın ən hündür zirvəsi hesab edilən Nanqa Parbata da süni oksigendən istifadə etmədən qalxmışdı.

Paylaş: