23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi 29 faizə yaxın artıb

03-09-2024
IMG

İqtisadiyyat naziri Mikayıl Cabbarov Belarusun xarici işlər nazirinin müavini İqor Nazaruk ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən birgə tədbirlərin, imzalanan sənədlərin ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verdiyi vurğulanıb.

Qeyd edilib ki, əlaqələrin intensivləşməsi, eyni zamanda, iqtisadi əməkdaşlığımızın genişlənməsinə möhkəm zəmin yaradır. Belarusla iqtisadi-ticarət əlaqələri də güclənir. 2024-cü ilin yanvar-iyul aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 29 faizə yaxın artıb. Görüş zamanı Azərbaycanın əlverişli işgüzar mühiti barədə məlumat verilib, müxtəlif iqtisadi istiqamətlər üzrə, həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində tərəfdaşlığın genişləndirilməsi üçün böyük imkanlar olduğu diqqətə çatdırılıb.

Tərəflər əlaqələrin möhkəmləndirilməsi məqsədilə imzalanmış sənədlərin icrası, ticarət, investisiya, aqrar-sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi və birgə istehsal müəssisələrinin yaradılması imkanlarını müzakirə ediblər.

Paylaş: