23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

Azərbaycanın yunan-Roma güləşçiləri beynəlxalq turnirdə 3 medal qazanıblar

25-09-2024
IMG

Azərbaycanın yunan-Roma güləşçiləri Rusiyanın Tümen şəhərində dünya və Avropa çempionu, olimpiya mükafatçısı Vladimir Çeboksarovun şərəfinə təşkil edilən yarışda üç medal qazanıblar.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, finala vəsiqə qazanan Eldəniz Əzizli və Ülvi Qənizadə (hər ikisi 72 kiloqram) zədə səbəbindən həlledici görüşə çıxmadıqları üçün gümüş mükafatla kifayətləniblər.

Qurban Qurbanov (82 kiloqram) isə üçüncü yeri tutub.

Qeyd edək ki, milli komandanı yarışda baş məşqçi Aleksandr Tarakanov və məşqçi Kamran Məmmədovun rəhbərliyi altında 6 güləşçi təmsil edib. Ənənəvi turnirdə Azərbaycanla yanaşı Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan komandaları mübarizə aparıblar.

Paylaş: