Azərbaycanın taekvondo yığmaları lisenziya turnirlərinə Cənubi Koreyada hazırlaşır
Kişi və qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandaları Cənubi Koreyada təlim-məşq toplanışına start veriblər.
Fhnews.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, Seul şəhərindəki Milli İdman Universitetində təşkil olunan hazırlıqda kişilərdən ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayevlə məşqçi Rəşad Abdullayevin rəhbərliyi altında Səyyad Dadaşov, Qaşım Maqomedov, Cavad Ağayev, Eltac Qafarov, Hamidreza Badrialiabadi və Milad Beigi Harçeqani iştirak edirlər.
Qadınlardan ibarət milli komanda isə baş məşqçi Sun Mi Parkın rəhbərliyi altında hazırlıq keçir. Mütəxəssis məşqlərə Zemfira Həsənzadə, Məryəm Məmmədova, Minayə Əkbərova, Səmmərux Osmanova, Səidə Əliyeva və Fatimə Məcidovanı cəlb edib.
Qeyd edək ki, toplanış “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya verən turnirlərə hazırlıq xarakteri daşıyır. Məşqlər yanvarın 27-dək davam edəcək.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...