Azərbaycanın stolüstü tennisçisi Fransada bürünc medal qazanıb
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Fransanın Şiltiqheym şəhərində təşkil olunan “Euro Mini Champs” yarışında uğurlu çıxış edib.
Stolüstü Tennis Federasiyasından verilən məlumata görə 2011-2012 təvəllüdlü 128 idmançı arasında yarışan idmançımız təsnifat mərhələlərini inamla adlayaraq mükafatlar uğrunda mübarizə aparıb.
1/16 finalda fransalı, 1/8-də bolqarıstanlı, 1/4 finalda daha bir fransalı rəqibinə qalib gələn stolüstü tennisçimiz yarımfinalda rumıniyalı həmkarına uduzub. Təmsilçimiz 3-cü yer uğrunda görüşdə Çexiya idmançısını üstələyərək bürünc medal qazanıb.
Kiçik Avropa çempionatı da adlandırılan yarışdakı digər təmsilçimiz Yağmur Məmmədli isə 96 iştirakçı arasında 12-ci yeri tutub.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...