Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcəklər
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcəklər.
Fhnews.az xəbər verir ki, Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, yığma Türkiyədə keçiriləcək “Avropa Gənclər Seriyası” turnirində mübarizə aparacaq.
Türkiyənin Nevşehir şəhərində təşkil olunan yarışda məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi ilə Tunar Bağırov, Uğur Nəzərli, Şəbnəm Mansurova və Xədicə Eylazova 15 yaşadək, Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli, Banu Baytallı isə 13 yaşadək idmançılar arasında bacarıqlarını göstərəcəklər.
Beynəlxalq dərəcəli hakimlər Zaur Mikayılovla Xəyalə Qiyasova turnirin oyunlarını idarə edəcək.
Qeyd edək ki, yarış martın 13-17-də baş tutacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...