Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turniri 4 medalla başa vurublar
Birləşmiş Ərəb Əmirliklərində “WTT Youth Contender” turnirinə yekun vurulub.
Fhnews.az xəbər verir ki, yarışın son günündə Azərbaycan milli komandasının aktivinə daha bir medal yazılıb. 13 yaşlı idmançıların şəxsi mübarizəsində 3-cü yeri tutan Onur Quluzadə bu gün 15 yaşlıların yarışında da eyni nəticəni təkrarlayıb.
Xatırladaq ki, yarışın ilk günlərində Rüstəm Hacılı - Aylin Əsgərova tandemi qarışıq qoşa, Onur Quluzadə ilə Yağmur Məmmədli isə şəxsi yarışlarda bürünc mükafata layiq görülmüşdü.
Qeyd edək ki, beynəlxalq yarışda 29 ölkənin idmançıları mübarizə aparıblar.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...