Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirdə bürünc medal qazanıblar
Azərbaycanın stolüstü tennisçiləri Birləşmiş Ərəb Əmirliklərində keçirilən “WTT Youth Contender” turnirində bürünc medal qazanıblar.
Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, Rüstəm Hacılı - Aylin Əsgərova tandemi qarışıq qoşa, Onur Quluzadə ilə Yağmur Məmmədli isə şəxsi yarışlarda fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, ev sahibi Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, Azərbaycan, İngiltərə, İtaliya, Polşa, Slovakiya, Rumıniya, Çin, Çin Taypeyi, Honqkonq, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, İran, İraq, Filippin, Hindistan, Malayziya, Şri-Lanka, Qətər, Benin, Qazaxıstan, Özbəkistan, Türkmənistan, İordaniya, Fələstin, Avstraliya, Misir və Nigeriya idmançılarının qatıldığı yarışa oktyabrın 17-də yekun vurulacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...