Azərbaycanın səfiri pakistanlı nazirlə əməkdaşlıq məsələlərini müzakirə edib
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Pakistanın özəlləşdirmə, investisiyalar və kommunikasiyalar naziri Əbdül Alim Xan ilə görüşərək iki ölkə arasındakı qarşılıqlı münasibətləri müzakirə edib.
Görüş zamanı iki ölkə bu ay Bakıda keçiriləcək biznes forum barədə fikir mübadiləsi aparıblar.
Səfir Xəzər Fərhadov pakistanlı naziri Azərbaycanın Pakistanın bir çox sahələrinə, o cümlədən LNG qazı, karbamid və elektrik kimi sahələrə yatırım edə biləcəyi barədə məlumatlandırıb.
Nazir Əbdül Alim Xan bildirib ki, ölkələrimiz qida təhlükəsizliyi, informasiya texnologiyalari, səhiyyə, kənd təsərrüfati kimi bir çox sahələrə birgə yatırımlar edə bilər. O, sentyabrın 16-da Bakıda biznes forumun keçirilməsi fikrini alqışlayıb.
Pakistanlı nazir bildirib ki, Türkiyə, Azərbaycan və Pakistan regionun inkişafında önəmli rol oynaya bilər. “Bunun üçün hər üç ölkə sıx əməkdaşlıq etməlidir”, - deyə o əlavə edib.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...