23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

24-05-2024
IMG

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Fhnews.az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda türkiyəli Elvira Kamaloğluna 5:3 hesabı ilə qalib gəlib.

Bu gün, həmçinin digər qadın güləşçimiz Mərziyyə Sadıqova (72 kiloqram) bürünc medal görüşünə çıxacaq.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycan güləşçiləri ümumilikdə 10 medal qazanıblar. Ziya Babaşov (63 kiloqram), Xasay Həsənli (77 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qitə çempionu olublar. Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın Vəliyev (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram), Elnurə Məmmədova (53 kiloqram) və Ruzanna Məmmədova (59 kiloqram) isə bürünc medala yiyələniblər.

Paylaş: