Azərbaycanın qadın güləşçiləri Macarıstanda təlim-məşq toplanışına başlayıb
Qadın güləşi üzrə Azərbaycan millisi növbəti təlim-məşq toplanışına start verib.
Fhnews.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, yığma yanvarın 14-dən Macarıstanın Tata şəhərində intensiv hazırlıq prosesinə başlayıb. Təlim-məşq toplanışında Azərbaycanla yanaşı, Macarıstan, İtaliya, Yunanıstan, Litva, Norveç, İsveç, Almaniya, Polşa, Rumıniya, Çexiya, Qazaxıstan, Qırğızıstan, ABŞ, Kanada, Çin, Xorvatiya, Moldova, Çili, Meksika və Ekvadoru təmsil edən milli komandalar iştirak edir.
Yanvarın 27-dək davam edəcək hazırlıq prosesinə böyük məşqçi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Mariya Stadnik (50 kiloqram), Əsmər Cankurtaran (53 kiloqram), Gültəkin Şirinova (55 kiloqram), Alyona Kolesnik, Ruzanna Məmmədova (hər ikisi 59 kiloqram), Birgül Soltanova və Günay Qurbanova (hər ikisi 62 kiloqram) cəlb olunub. Elnurə Məmmədova (53 kiloqram) zədələndiyi üçün hazırlıq prosesindən kənarda qalıb. Jalə Əliyeva (57 kiloqram) və Elis Manolova (68 kiloqram) isə baş məşqçi Semyon Şterevin nəzarətində Bolqarıstanın Belmeken şəhərində toplanış keçir.
Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdan gələn Avropa çempionatına və Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...