Azərbaycanın iqtisadiyyat naziri bp şirkəti ilə tərəfdaşlığın inkişafı barədə müzakirə aparıb
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə bildirilib ki, Azərbaycan iqlim dəyişmələrinə qarşı mübarizə çərçivəsində enerji keçidi üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Bu baxımdan, bp şirkəti ilə enerji keçidi, o cümlədən Günəş enerjisi layihəsi üzrə tərəfdaşlığın önəmi diqqətə çatdırılıb. Qeyd olunub ki, şirkət Azərbaycanın müəllifi olduğu beynəlxalq enerji layihələrinin icrasında, ölkəmizin enerji ehtiyatlarının inkişafında və investisiya layihələrinin həyata keçirilməsində mühüm rol oynayır.
Tərəflər ölkəmizin fəal iştirakı ilə reallaşan yaşıl enerji layihələri, enerji transformasiyası sahəsində birgə fəaliyyətin möhkəmləndirilməsi imkanları və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...