Azərbaycanın investisiya potensialı Avstriyada təqdim olunub
Avstriyanın paytaxtı Vyana şəhərində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan-Avstriya Ticarət Palatası, Avstriya Ticarət Palatası (WKO) və Avstriya Sənaye Palatasının dəstəyi, Azərbaycanın Polşada fəaliyyət göstərən Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatı və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə “Invest in Azerbaijan” tədbiri keçirilib.
Fhnews.az xəbər verir ki, AZPROMO-dan verilən məlumata görə, tədbir zamanı Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli və Azərbaycan-Avstriyanın Ticarət Palatasının prezidenti Cerald Gestbayer Azərbaycan-Avstriya xarici ticarət əlaqələri və perspektivli əməkdaşlıq istiqamətləri haqqında danışıblar.
Tədbirdə Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi və ticarət nümayəndəsinin aparatının əməkdaşı tərəfindən Azərbaycanın biznes imkanları və investisiya mühiti, sənaye parkları və aqroparklar, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, ölkəmizin tranzit və logistika potensialı, “www.invest.gov.az” veb-səhifəsi barədə təqdimatlar təşkil olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbir çərçivəsində Avstriyanın tikinti, müxtəlif maşın və avadanlıqların istehsalı, bərpaolunan enerji, kənd təsərrüfatı və kimya sənayesi sahələrində fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...