Azərbaycanın iki qadın cüdoçusu Avropa çempionu olub
Azərbaycan iki qadın cüdoçusu Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb.
Fhnews.az xəbər verir ki, 48 kiloqramda Könül Əliyeva və 57 kiloqramda Fidan Əlizadə finalda öz rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
60 kiloqram çəkidə mübarizə aparan kişi cüdoçu Nizami İmranov isə həlledici görüşdə uduzaraq gümüş mükafata layiq görülüb.
Qeyd edək ki, Azərbaycanın 16 cüdoçu ilə təmsil olunduğu Avropa çempionatına sentyabrın 8-də yekun vurulacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...