Azərbaycanın iki idman kompleksi beynəlxalq müsabiqədə fərqlənib
Rusiyanın İdman Nazirliyi, Olimpiya Komitəsi və İdman Qurğuları Assosiasiyası tərəfindən təşkil edilən ən yaxşı idman qurğuları müsabiqəsində Azərbaycanın iki idman kompleksi fərqlənib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, “Ən möhtəşəm idman qurğusu” nominasiyasında Milli Gimnastika Arenası ikinci yerə layiq görülüb. Heydər Əliyev adına İdman-Konsert Kompleksi isə Təşkilat Komitəsinin xüsusi seçilən obyekti olub.
Müsabiqədə Rusiya ilə yanaşı, 4 ölkənin - Azərbaycan, Özbəkistan, Belarus və Ermənistanın idman qurğuları da yarışıblar.
Qeyd edək ki, münsiflər heyətində Azərbaycanı Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Fikrət Hüseynov təmsil edib.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...