Azərbaycanın həndbol klubu Avropa Kubokunda ilk oyununa çıxır
Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası bu gün Avropa Kubokunda ilk oyununu keçirəcək.
Fhnews.az xəbər verir ki, mübarizəyə II mərhələdən start verəcək Mingəçevir klubu Kiprin “Parnassos Strovolu” kollektivini sınağa çəkəcək.
Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq. Görüşü xorvatiyalı hakimlər Stefan Berdiç və Filip Sorak idarə edəcəklər.
Qeyd edək ki, tərəflər arasındakı razılaşmaya əsasən, komandaların cavab oyunu eyni məkanda təşkil olunacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...