Azərbaycanın güləş yığmaları Olimpiadaya hazırlığın son mərhələsinə start veriblər
Azərbaycanın güləş üzrə milli komandaları “Paris-2024” Yay Olimpiya Oyunlarına son hazırlıq prosesinə start veriblər.
Fhnews.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, iyulun 17-dən etibarən sərbəst və qadın güləşi üzrə yığmalar Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb.
Yunan-Roma güləşçiləri isə ayın 21-dən həmin məkanda son hazırlıq prosesinə start verəcək.
Hər 3 komandanın Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyan son toplanışı iyulun 31-dək davam edəcək. Hazırlıq prosesində taktiki-texniki çalışmalara, rəqiblərin fərdi təhlilinə üstünlük veriləcək.
Qeyd edək ki, Azərbaycan güləşçiləri avqustun 2-də Fransaya yollanacaqlar. Paris Olimpiadasında güləş yarışı 5-11 avqustda keçiriləcək.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...