23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Azərbaycanın güləş yığmaları dünya çempionatına Bakıda hazırlaşır

09-10-2024
IMG

Güləş üzrə Azərbaycan milli komandaları Bakıda təlim-məşq toplanışı keçir.

Federasiyadan verilən məlumata görə, qadınlardan ibarət yığma sentyabrın 30-dan hazırlıq prosesinə start verib. Toplanış oktyabrın 21-dək davam edəcək. Yunan-Roma güləşi üzrə milli oktyabrın 7-də bir araya gəlib. Bu komandanın toplanışı 20 gün davam edəcək. Sərbəst güləşçilər isə sabahdan hazırlıq prosesinə başlayacaq.

Böyüklərdən ibarət komandalar məşqlərini Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçir. Taktiki-texniki çalışmalara üstünlük verilən toplanış U-23 (21-27 oktyabr) və böyüklərin dünya çempionatına (28-31 oktyabr) hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, hər iki yarış Albaniyanın paytaxtı Tiranada keçiriləcək.

Paylaş: