Azərbaycanın gənc güləşçiləri Gürcüstandan 7 medalla qayıdıblar
Azərbaycanın 20 yaşadək sərbəst güləşçiləri Gürcüstanın Qori şəhərində keçirilmiş “Şxireli Kuboku”nda 7 medal qazanıblar.
Fhnews.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Vasif Bağırov (57 kiloqram), Musa Verdiyev (65 kiloqram) və Ramik Heybətov (70 kiloqram) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Camal Abbasov (61 kiloqram) ikinci, Əhməd Əhmədli (74 kiloqram), Emin Qocayev (79 kiloqram) və Sadiq Mustafazadə (86 kiloqram) isə üçüncü yeri tutublar.
Qeyd edək ki, turnirdə Gürcüstan, Azərbaycan, ABŞ, Qazaxıstan və İran komandaları iştirak edib. Azərbaycanı ənənəvi yarışda 7 güləşçi təmsil edib və onların hər biri fəxri kürsüyə qalxıb.
“Şxireli Kuboku”nda beynəlxalq dərəcəli hakimlər Xəzər Allahverdiyevlə Eldar Bayramov ədaləti qoruyublar.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...