Azərbaycanın daha üç güləşçisi reytinq turnirində mübarizəyə başlayır
Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində bu gün Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.
Fhnews.az xəbər verir ki, kişilər arasında Həsrət Cəfərov (67 kiloqram) ABŞ təmsilçisi Alexandro Sanço ilə qarşılaşacaq. Murad Məmmədovun (63 kiloqram) rəqibi hələlik dəqiqləşməyib.
Qadınların mübarizəsində isə Jalə Əliyeva (57 kiloqram) çinli Kexin Honq ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan güləşçiləri bunadək reytinq turnirində beş medal qazanıblar. Yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sərbəst güləşçilər Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kiloqram) və Cəbrayıl Qadjiyev (74 kiloqram), eləcə də qadın güləşçi Alyona Kolesnik (59 kiloqram) bürünc medala sahib çıxıblar.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...