Azərbaycanın daha bir boksçusu Avropa çempionatında gümüş medal qazanıb
Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək boksçular arasında Avropa çempionatında daha bir medal qazanıb.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığmamızın aktivinə növbəti mükafatı Nicat Hüseynov yazdırıb.
51 kiloqramda çıxış edən boksçu qitə birinciliyini gümüş medalla başa vurub. Bu, N.Hüseynovun Avropa çempionatlarında qazandığı 3-cü medal olub. O, daha öncə U-22-lər arasında çempion tituluna yiyələnib.
Yığmamızın Sofiyada əldə etdiyi medalların sayı isə 3-ə yüksəlib. Hüseynovdan öncə Tural Sarıyev (48 kiloqram) ikinci, Marjona Savriyeva (50 kiloqram) üçüncü yeri tutub.
Qeyd edək ki, bu gün yığmanın daha 1 boksçusu final qarşılaşmasına çıxacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...