Azərbaycanın basketbol yığması Avropa çempionatına yeni baş məşqçinin rəhbərliyi altında hazırlaşır
Azərbaycanın 20 yaşadək basketbolçulardan ibarət yığması təlim-məşq toplanışının birinci mərhələsinə start verib.
Fhnews.az xəbər verir ki, Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, komanda ispaniyalı yeni baş məşqçi Alberto Blankonun rəhbərliyi altında Qax Olimpiya İdman Kompleksində gündə iki dəfə olmaqla taktiki və fiziki məşqlərini davam etdirir.
Toplanış iyulun 12-21-də Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatının "B" divizionunun oyunlarına hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, təlim-məşq toplanışının birinci mərhələsi iyunun 19-dək davam edəcək.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...